Ramiz Məlikin dəfn yeri açıqlandı

11:10 14.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xalq artisti Ramiz Məliklə vida mərasimi bu gün saat 13:00-da Heydər Məscidində baş tutacaq.

Hafta.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xalq artisti 2-ci Fəxri Xiyabanda dəfn olunacaq.

 

Qeyd edək ki, Azərbaycan teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, "Şöhrət" ordeni Xalq artisti Ramiz Məlik (Ramiz Ağarza oğlu Məlikov) dekabrın 14-də 80 yaşında vəfat edib.