Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı açıqlanıb

21:44 08.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 6 798 nəfər test edilib.

TƏBİB-dən hafta.az-a verilən məlumata görə, indiyədək  ölkədə 973 838  nəfər koronavirusa qarşı test edilib.

Qeyd edək ki, indiyədək ölkəmizdə 37 557  nəfər virusa yoluxub, 552  nəfər  ölüb, 34 965  nəfər isə sağalıb. Son sutka ərzində 128  nəfərin müalicəsi başa çatdığı üçün evə buraxılıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı  2 040 nəfərdir.

Hazırda reanimasiyada 135 nəfər müalicə alır, 12 nəfər isə süni tənəffüs cihazına qoşulub.

Sosial rubrikasından digər xəbərlər