Son dövrlər yeni doğulan körpə ölümləri və doğuş zamanı ana ölümləri ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Cəmiyyətimizdə bu kimi halların yaşanması sözügedən sahədə hələ də problemlərin olduğunu söyləməyə əsas verir. Bəlkə də cəmiyyətin çoxunun reproduktiv sağlamlıq haqqında anlayışı yoxdur. Eləcə də, qadınlarımız reproduktiv sağlamlıq haqqında və öz hüquqlarını bilməmək kimi problem ilə üz-üzədirlər. İlk öncə qeyd edə bilərik ki, ana və uşaq ölümünün azaldılması, təhlükəsiz doğuşların aparılması, hamiləlik dövründə infeksiyaların profilaktikası, yenidoğulmuşlara keyfiyyətli tibbi qayğının göstərilməsi reproduktiv sağlamlıq strategiyasının əsas elementləridir.
Ümümdünya Səhiyyə Təşkilatının(ÜST) verdiyi tərifə əsasən Reproduktiv Sağlamlıq qadın və kişilərin cinsi həyatının təhlükəsiz və rahat olması; hamilə qalmaq və xəstəliklərə yoluxmaqla bağlı narahatlıqlarının olmaması; dünyaya uşaq gətirmək qabiliyyətinə malik olması; uşaq sahibi olmaq, onun vaxtının planlaşdırılması və doğulacaq uşaqların sayı ilə bağlı sərbəst qərar qəbul edə bilməsi; seçdikləri münasib, təhlükəsiz, səmərəli, maliyyə baxımından əlverişli olan ailə planlaşdırılması üsulları haqqında məlumatlı olmaları və onları əldə etmək hüquqlarının olması; qadınların hamiləliklərinin və doğuşlarının təhlükəsiz keçməsini və ailələrin dünyaya sağlam övlad gətirməsini təmin edən münasib tibbi xidmətləri əldə etmək hüquqlarının olması deməkdir.
Bu gün cəmiyyətdə baş verən hadisələrin çoxu qadınlara qarşı zorakılıq, təcavüz, şiddət və s.dir. Bəs qadınlarımız başlarına gələn bu hadisələrin ışıqlandırılmasında, öz uğursuz həyat hekayələrinin ətraflarındakı insanların bilməsində, mətbuatda işıqlanmasında nə qədər səy göstərirlər?
Mövzu ilə bağlı hafta.az.a danışan, psixoloq İlahə Dəmirbəy hesab edir ki, Reproduktiv hüquqları tapdalannmış ailələrin həyat hekayələrinin işıqlandırılmasının müsbət və mənfi tərəfləri ola bilər: “İlk növbədə reproduksiya nədir sualına cavab tapmalıyıq. Hərfi mənası “özünə bənzər orqanizmlərin yaradılması” deməkdir. Reproduktiv sağlamlıq isə geniş mənada gələcək nəsillərin fiziki mənəvi və sosial rifahlarının qismən sığortalanması deməkdir. Ümümi yanaşsaq əgər bu vəziyyət bir ailədə varsa demək ki, o ailə özünü inkişaf etdirmir. Səngiməyən problemlərə baxmayaraq ailə planlaşdırılması nəzərə alınmır. Amma təcrübələrə əsaslansaq göz önündə olan yararsız düşündüyümüz ailələrdən çox savadlı, gözəl əxlaqlı övladların olduğu də faktları o qədər çoxdur ki... Bu günə əsaslanıb bu ailəni yararsız hesab etmək özü qeyri-etik səslənə bilər. Axı bu kriteriyaları kim qoyur, ailələri kim fərlqəndirir, yararlı-yararsız olduğunu necə isbat edir… ? Bilməlidirlər ki, bununla tam olaraq qərər vermək olmaz. O ki, qaldı belə ailələrin problemlərini işıqlandırmağa, bunu göz önündə sərgiləmək müsbət tərəflərindən çox mənfi tərəfləri ortaya çıxara bilər. Müsbət tərəfi maarifləndirici videolar, sosial çarxlar, sosial şəbəkələrdən bu mövzuya dair məlumatların əldə olunması gənclərin daha planlı şəkildə ailə qurmağa, uşaq sahibi olmağa yardımçı vasitə ola bilər. Amma, təbii ki, insanlar bu gün bu kimi maarifləndirici vasitələrə maraqları varsa. Hesab edirəm ki, sosial çarxlar ən yaxşı maarifləndirici vasitədir. Mənfi tərəfi isə odur ki, şüuraltı ötürülən mesajlardır. Video çarxlarda göstərilən hekayələr doğru anlaşılmaya bilər. Bu da digər gənclərin planlaşdırmadan hərəkət etmələrinə bir siqnal yaradar. əvvəlki illərdə insanlar problemlərin televiziyalarda göstərilməsindən, problemlərinin hər kəsin öyrənməsindən narahat olurdularsa, zamanla bu adiləşir. Problemlər işıqlandırılmadıqda, ört-basdır edildikdə gələcəkdə böyük fəsadlar törədir. Və ən əsası da problemli ailələrin uşaqları qurban olaraq ən böyük psixoloji travmalar almış olurlar”.
Bir müddət öncə “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi də qəbul olundu. Yəni bu reproduktiv sağlamlıq haqqında insanların daha da maarifləndirməyə, eləcə də hüquqlarını qorumağa yardımçı olacağı düşünüldü. Lakin, hələ ki, bu sahədə insanlarda məlumat çatışmazlığı davam edir. Bununla bağlı həkimlər də vaxtaşırı açıqlamlar verir.
Professor Rəşid Mahmudov: “İnsan özünəməxsusu məhz özü yaratmalıdır. Allahın buyurduğu kimi qadınla kişi evlənib ailə qurmalı nəsil artırmalıdır. Amma reproduktiv qanun o deməkdir ki, ailə olmayacaq, qadınlar harada istəsə lotuluq edəcək, kiminləsə qanunsuz yaşayacaq. Kimlə istəsə ağlına gələni edəcək. Belə şeylər yaraşmır. Məhz buna görə kişi deputatları bu qanunun qəbul olunmasına qarşıdır. Belə şey ola bilməz. Birincisi, biz müsəlmanıq. İkincisi isə dünyada belə şey yoxdur. Qadın mini ilə gəzib lotuluq edəcək və kimdən sə uşaq doğaçaq.”