Rəsmi Tehran dünən Türkiyənin Hatay əyaləti üzərində NATO müdafiə sistemləri tərəfindən geri çəkildiyi iddia edilən raketlə bağlı rəsmi açıqlama verərək raketin Türkiyə sərhədinə doğru yönəldiyinə dair iddiaları təkzib edib.
Hafta.az yazır ki, İran dövlət orqanlarının açıqlamasında ballistik raketin Türkiyəni hədəf almadığı vurğulanıb. "Biz Türkiyə ərazisinə raket atmadıq. Biz dost və qonşu ölkə olan Türkiyənin suverenliyinə hörmət edirik", - deyə açıqlamada bildirilir və raketin İsrail hədəflərini hədəf alan əməliyyat zamanı istiqamətdən çıxdığı bildirilir.
Ankara hadisəyə narazılığını bildirmək üçün İran səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Bu arada, İsrail ordusu (İDF) gecə ərzində İrandan atılan yeni raket dalğasının mərkəzi İsraili və Qüdsü hədəf aldığını açıqlayıb. Qüdsdə partlayış səsləri eşidilib, mülki şəxslərə mobil telefonlar vasitəsilə sığınacaq axtarmaq tapşırılıb. "İsrail Hayom" qəzeti bildirib ki, müdafiə sistemləri tərəfindən ən azı dörd əsas ballistik raket qrupu tutulub. İranın paytaxtı Tehranda hava hücumundan müdafiə batareyalarının işə salınmasından sonra şiddətli partlayışlar baş verdiyi bildirilib.
Bölgədə artan təhlükəsizlik riski səbəbindən Qətər Daxili İşlər Nazirliyi radikal addım atıb. Dohadakı ABŞ səfirliyinin yaxınlığında yaşayan vətəndaşların təcili olaraq təxliyə edildiyi və onar üçün alternativ yaşayış yerlərinin təmin edildiyi bildirilib.