Ridli Skott yeni filmi ilə “Qladiator”a rəqib olacaq

10:40 06.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tamaşaçılarla görüşməyə hazırlaşan “Napoleon”un çəkiliş prosesini əks etdirən son treylerdə rejissor Ridli Skott yeni filminin ən az “Qladiator”dakılar qədər epik döyüş səhnələrini ehtiva etdiyini bildirib. “Cənnət Krallığı”, “Qladiator”, “Çıxış: Tanrılar və Krallar” kimi məşhur istehsalların rejissoru olan Skott yeni filmində Fransa İmperatoru Napoleon Bonapartın həyatını, karyerasını və hərbi uğurlarını ekrana gətirir.

Hafta.az-ın “Joaquin Phoenix”ə istinadən yazdığına görə, Fransa imperatorunu canlandırdığı filmin pərdəarxası hekayəsini izah edən son treylerdə Skott döyüş səhnələrinin necə çəkildiyini açıqlayıb. Döyüş filmi çəkilərkən bütün elementlərin sayının artdığını vurğulayan Skott belə bir misal çəkib: “Bir səhnə üçün 300 adamım, 100 atım və 11 kameram var idi”.

Filmin çəkilişləri zamanı “Mən Napoleon kimi düşünməyə başladım” deyən Skott əksəriyyəti Böyük Britaniyanın müxtəlif yerlərində çəkilmiş döyüş səhnələri haqqında məlumat verib.

“Ən yaxşı Film” Oskarlı “Qladiator”, Russell Krov tərəfindən canlandırılan Roma generalı Maksim Dekimus Meridiusun ordusunun Germaniyadakı (Almaniya) barbar icmasına hücumu ilə başlayır və filmin qalan hissəsi bir sıra döyüş səhnələrini ehtiva edir.

Deyəsən “Napoleon” “Qladiator”la müqayisədə daha genişmiqyaslı döyüş səhnələrini nümayiş etdirəcək. Napoleonun komandanlığı altında Fransa ordusunun Rusiyaya ekspedisiyasını əks etdirən görüntülər döyüş səhnələrinin miqyası haqqında məlumat verir.

"Üç İmperatorun Müharibəsi" kimi tanınan və Napoleonun qələbəsi ilə nəticələnən Austerlitz döyüşü də filmin tanıtımlarında böyük yer tutub.

Napoleonun top atəşləri ilə geri çəkilən rus ordusunun üzərinə buzları sındırdığı məşhur hücumu da göstərən treyler artıq filmin epik olacağına işarələr göstərir.