Yazını böyüt
Yazını kiçilt
Rusiyanın İqtisadi İnkişaf nazirinin müavini Dmitri Vaxrukov Turist Regionlar Forumunda verdiyi açıqlamada bildirib ki, Moskva 2024-cü ildə beş ölkə ilə turist vizalarının ləğvi üzərində fəal işləyir.
Hafta.az-ın RİA Novosti-yə istinadən yazdığına görə, hökumətlərarası saziş təklifləri Rusiya, Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman, Malayziya və Küveytə göndərilib.
Bildirilib ki, oktyabrın 4-də Küveyt və Bəhreynlə vizasız rejimə keçidlə bağlı lazımi danışıqlar aparılıb. Hər iki körfəz ölkəsindən Rusiyaya turist axınında artım müşahidə olunur.
Son həftələr Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası Departamentinin direktoru Aleksandr Şetinin bütün Latın Amerikası ölkələri ilə viza rejiminin ləğvinin planlaşdırıldığını bildirib.