Rusiya Azərbaycan və Ermənistanı MÜHARİBƏ İLƏ HƏDƏLƏDİ – ŞOK

13:43 11.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada Azərbaycan və Ermənistan əleyhinə çağırışlar Vaşinqton razılaşması fonunda daha kəskin xarakter alıb. Həmişə olduğu kimi, bu dəfə də baş rolda Rusiyalı televiziya aparıcısı Vladimir Solovyovdur.

Hafta.az bildirir ki, o, Cənubi Qafqazdakı proseslərlə bağlı xəbərdarlıq edib.

Onun sözlərinə görə, regionda baş verənlər Moskva üçün ciddi təhlükədir, bu səbəbdən ehtiyac yaranarsa, Rusiyanın yeni “Xüsusi Hərbi Əməliyyat”a başlaya biləcəyini deyib:

“Cənubi Qafqazda baş verənlər çox böyük problemdir. Xəzər tezliklə elə vəziyyətə düşə bilər ki, orada NATO bazaları peyda olsun. Bu, o qədər təhlükəlidir ki, geosiyasi mövqeləri nəzərə alsaq, nəticədə bu, bizim nəslin sonuncu Xüsusi Hərbi Əməliyyatı olmayacaq”.

O, həmçinin bildirib ki, belə ssenarinin qarşısını almaq üçün bütün mümkün və əlçatan diplomatik vasitələrdən istifadə edilməlidir: “Bütün tərəflərə çatdırmaq lazımdır ki, Rusiyanın maraqlarına hörmət edilməlidir.”