Rusiya Google-ni 4 milyard 611 milyon rubl cərimələdi

10:30 21.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada Google-a qarşı qaldırılan işə paytaxt Moskvanın Taqanski Regional Məhkəməsində baxılıb. Məhkəmə, Google-un Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı yanlış məlumatların yer aldığı şəkilləri silməməsi səbəbindən qanuna tabe olmadığı üçün 4 milyard 611 milyon rubl məbləğində cərimələyib.

Hafta.az-ın yazdığına görə, Google əvvəllər də oxşar səbəblərə görə cərimələnib.

Şirkətin Rusiyadakı törəmə şirkəti də maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün ötən il iflas proseduruna başlayıb.