Rusiya iki gündə 1000-dən artıq hərbçisini itirdi...-RƏSMİ

18:41 25.02.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Quru Qoşunlarının qərargahı fevralın 24-də Ukrayna ərazisini işğal edən həlak olan işğalçıların sayı ilə bağlı yeni məlumat yayıb.

Hafta.az xəbər verir ki,  qərargahın “Facebook” səhifəsində bildirildiyinə görə, bu rəqəm artıq mindən çoxdur.

"Bu gün Rusiya Federasiyasının işğalçı qüvvələrinin itkilərinin sayı 1000-dən çoxdur. Rusiya heç vaxt başladığı heç bir silahlı münaqişədə döyüşlər zamanı bu qədər hərbçi itkisinə məruz qalmayıb. Rusiyalı analar oğullarını buraya labüd ölümə göndərirlər. Çünki Ukrayna Silahlı Qüvvələri dəyanətlə  müdafiə xəttində dayanıblar və öz torpaqlarını işğalçıdan qoruyacaqlar”, - bəyanatda deyilir.