Rusiya ilə görüş Belarus-Ukrayna sərhədində olacaq

18:26 27.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü Belarus-Ukrayna sərhədində olacaq.

Hafta.az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə deyib ki, Rusiya və Ukrayna nümayəndələrinin heç bir ön şərt olmadan Ukrayna-Belarus sərhədində, Pripyat çayının ərazisində görüşməsinə razılaşıbılar: "Aleksander Lukaşenko Ukrayna nümayəndə heyətinin yola düşmə, müzakirələr və geri qayıtması zamanı Belarus ərazisindəki bütün təyyarələrin, helikopterlərin və raketlərin yerdə qalacağına dair öhdəlik götürüb".