“Rusiya Müdafiə Nazirliyinin Qarabağla bağlı son dezinformasiya bülletenlərində ölkəmizdəki yer adları düzgün göstərilmir. Hansısa Stepanakert, Martuni və sairdən dəm vurulur. İkincisi, bizim Müdafiə Nazirliyimiz təsdqiləmədiyi halda guya ardıcıl olaraq atəkəsin pozulması xəbər verilir ki, bu, gələcəkdə də Qarabağda qalmalarını hüquqi baxımından əsaslandırmaq üçün saxta dosye yaratmaqla görülən hazırlıqdan başqa bir şey deyildir”.
Hafta.az xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü iclasında deputat Sahib Alıyev bildirib.
Deputat qeyd edib ki, aprelin 5-də Laçın-Şuşa-Xankəndi yolunda məhz Rusiya hərbi kontingentinin günahı üzündən baş verən insident zamanı özünü pis hiss edən 3 sərnişinə ilk tibbi xidmət göstərib təcili yardım maşınlarımızda Xankəninə çatdırmaqla da təsdiqlədik ki, digər vətəndaşlarımız kimi ölkəmizdəki hay dilliləri də heç bir təhlükə gözləmir. Əksinə, səbr və təmkinlə onlar reinteqrasiyaya, cəmiyyətimizin bir parçası olmağa dəvət edilir.
“Mümkündür ki, de-fakto proksi rolunda çıxış edən qanunsuz silahlı birləşmələrə müəyyən təxribatlar törətdirməklə bunun əksi sərgilənsin, amma hansı ad altında olursa-olsun, gələcəkdə Qarabağda başqa dövlətin hərbi kontingentinin varlığına ehtiyac duyulmadığı indidən bəllidir. O da bəllidir ki, biz bəzi güclərin bütün cəhdlərinə rəğmən torpaqlarımızın hər qarışı üzərində suverenliyimizi tam təmin etmək əzmindəyik.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qəbələdə Gürcüstan baş naziri ilə keçirdiyi görüş və ardınca Qazaxıstana uğurlu rəsmi səfəri də fikrimcə, bu yöndə atılan çox mühüm assimmetrik addımlardır. Bu görüş və səfər bir daha göstərdi ki, Ermənistan zamanında düzgün mövqe tutmamaqla, Azərbaycana qarşı düşməncəsinə davranmaqla necə böyük səhvə yol verib. O ölkəyə qarşı ki, təkcə iqtisadi gücü özündən az deyil, çox olan qonşularının da geosiyasi çəkilərinin, müstəqillik potensiallarının artmasında, təhlükəsizliklərinin təminində yetərincə rol oynayır. Sözü gedən görüşlə səfər bir reallığı da ortaya qoydu: Çini Qərblə birləşdirən “orta dəhlizin” sözün hər anlamında mərkəzi dəhlizə çevrilməsində Prezident İlham Əliyevin səy və təşəbbüsləri, Azərbaycanın qlobal miqyaslı nəqliyyat infrastrukturunun və loqistikanın yaradılması yönündə atdığı qabaqlayıcı addımlar müstəsna əhəmiyyət kəsb edir.
Və bu Astanada Heydər Əliyev adına küçənin açılışında cənab Prezidentin də vurğuladığı kimi ulu öndərin göstərdiyi yolla gedilməsi, etdiyi vəsiyyətə əmələ edilməsi, bütün tapşırıqlarının şərəflə yerinə yetirilməsi nəticəsində baş verib. O üzdən əminəm ki, ruhu şaddır.”