Rusiya nüvə sınaqlarının bərpasına hazır olmalıdır - XIN

14:04 10.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya sınaq meydançaları nüvə sınaqlarının bərpasına hazır olmalıdır. TASS xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov Dövlət Dumasında bildirib.

“Prezident aydın şəkildə ifadə etdi: biz təmin etməliyik ki, sınaq meydançamız sınaq fəaliyyətini bərpa etməyə hazır olsun. Amma praktiki baxımdan bərpa ABŞ tərəfindən müvafiq sınaqlar keçirildikdən sonra mümkündür”.

Onun sözlərinə görə, Rusiya tərəfi yalnız Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin (CTBT) ratifikasiyasını qanuni olaraq ləğv edir, statusu ABŞ-la balanslaşdırmaq üçün Moskva nüvə sınaqlarına moratoriumun tətbiqini davam etdirəcək. “Biz ratifikasiyanı geri götürürük, yəni ABŞ-ın uzun onilliklər ərzində tətbiq etdiyi şəkildə statusumuzu tarazlayırıq” deyib yüksək səviyyəli diplomat.

Onun sözlərinə görə. Rusiya ABŞ-ın Nevada ştatında nüvə sınaqlarına hazırlaşdığına dair işarələr qeydə alıb.