Rusiya Qarabağdan özü dinc şəkildə çıxıb gedəcək - İddia

17:25 13.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

10 noyabr bəyannaməsinə əsasən rus sülhməramlılarının erməni silahlılarını regiondan qovmaması faktına beynəlxalq müstəvidə qəbul olunan sənədlərin həmişə yerinə yetirilməməsi prizmasından yanaşmaq lazımdır.

Bu fikirləri hafta.az-a politoloq Zərdüşt Əlizadə deyib.

Politoloq hesab edir ki, hər sənəd qanunla qəbul olunsa da, hər zaman yerinə yetirilmir. 10 noyabr bəyannaməsinə də bu cür yanaşılır. Təbii ki, bu tələb irəli sürülməlidir.

“Rusiya sülhməramlıları 3 tərəfli imzalanmış bəyanat əsasında Qarabağda yerləşiblər.  Azərbaycan prezidenti də bu bəyannaməyə imza atıb. Bu mənada Rusiya sülhməramlılarının regiona gəlişi bəlli idi və əgər bu gün bunun ziyanlı tərəfləri görünürsə, ondan qaçmaq özü də bir diplomatik bacarıq tələb edir”.

Z.Əlizadənin fikrincə, bu gün Azərbaycan sülhməramlılarla  toqquşmaya getmədən də Rusiyanın məhvolma prosesi elə mərhələyə çatacaq ki, tədricən problemləri öz-özünə həll olunacaq.

“Rusiya elə bir vəziyyətə gəlib çatacaq ki, özü başını aşağı salıb dinc şəkildə çıxıb gedəcək”.