Rusiya hakimiyyəti “HƏMAS” yaraqlılarının oktyabrın 7-də İsrailə qarşı hücuma hazırlığından xəbərdar olub.
Hafta.az xəbər verir ki, İsrail mediası bu haqda “RBC-Ukrayna”ya istinadla məlumat yayıb.
Bundan başqa, Moskva terrorçuları Ukraynaya qarşı müharibədə ələ keçirdikləri silahlarla təmin edib.
Məlumata görə, barədə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin(BKİ) nümayəndəsi Andrey Çernyak danışıb.
"BKİ-nin məlumatına görə, Rusiya rəhbərliyi “HƏMAS”-ın İsrailə qarşı terror aktı hazırladığını bilirdi. Moskva Ukraynaya qarşı müharibə zamanı ələ keçirə bildikləri silahları yaraqlılara təhvil verib", - Çernyak deyib.
Bundan əlavə, Ukrayna kəşfiyyatı bilir ki, Rusiya özəl hərbi şirkətləri “HƏMAS” ilə, xüsusən də döyüş əməliyyatlarında təcrübə mübadiləsi baxımından qarşılıqlı fəaliyyət göstərir.
"İndi Kreml “HƏMAS”-ın hücumu faktından Ukraynaya qarşı təbliğat aparmaq və dünyanın diqqətini Rusiyanın təcavüzündən yayındırmaq üçün istifadə edir", - Çernyak qeyd edib.
Mənbə əlavə edir ki, BKİ-nin araşdırmalarına görə, Rusiya xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirən bir neçə qrup artıq döyüş bölgələrində sırf Rusiyanın maraqları naminə fəaliyyət göstərir.