Yazını böyüt
Yazını kiçilt
Enerji Həftəsi çərçivəsində Moskvada Serbiya rəsmiləri ilə görüşən Rusiya Baş nazirinin müavini Aleksandr Novak Serbiyaya təbii qaz kəmərinin çəkilməsinin müzakirə edildiyini və bütün tərəflərin bu məsələ ilə yaxından maraqlandığını bildirib.
Hafta.az-ın yazdığına görə, Rusiya rəsmisi layihənin təfərrüatları ilə bağlı açıqlama verməyib.
Novak həmçinin Serbiya hökumətinin başçısı Radovan Viskoviçlə Rusiya qazının bu ölkəyə tədarükü və həcmlərin artırılması üçün uzunmüddətli müqavilənin imzalanması məsələsini müzakirə edib.
Novak bildirib ki, hazırda Serbiya hər il təxminən 30-40 milyon kubmetr təbii qaz alır və lazım gələrsə bu həcmləri 1-1,5 milyard kubmetrə çıxarabilərlər.