Rusiyanın aparıcı universitetləri son vaxtlar təhsilhaqlarını artırıblar. Ən yüksək artım Moskva Dövlət Seçenov Tibb Universitetində qeydə alınıb.
Hafta.az-ın yazdığına görə, bu universitetdə tibb təhsili üçün illik ödəniş 235 min rubl artaraq 650 min rubla çatıb. Stomatologiya Fakültəsində təhsilin qiyməti 450 min rubldan 700 min rubla, pediatriya şöbəsinin illik qiyməti 343 min rubldan 400 min rubla yüksəlib.
Moskva Yevdokimov adına Tibb və Stomatologiya Universitetində tibbi təhsilin qiyməti 410 min rubldan 430 min rubla, stomatologiya fakültəsinin qiyməti 490 min rubldan 520 min rubla qalxıb.
Sankt-Peterburq Dövlət Universitetində stomatologiyanın qiyməti 12 faiz artaraq 355400 rubl təşkil edib.
“Kommersant”ın xəbərinə görə, böyük şəhərlərdən kənarda yerləşən universitetlər 5 ilə 20 faiz arasında bahalaşıb. Moskva və Sankt-Peterburqda universitetlərdə isə təhsilhaqqı orta hesabla 12 faiz artıb.
Rusiyanın Plexanov İqtisadiyyat Universitetinin qəbul komissiyasının direktoru Ayurika Batuyeva “Biz bütün proqramlar üzrə qiymətləri artırdıq” deyib. “Bəzilərində 5-7 faiz, bəzilərində isə 15 faiz artım olub. Bizdən qanuni olaraq ödənişli təhsilin dəyərini əsas standart xərclərdən az olmayacaq məbləğdə təyin etmək tələb olunur və buna görə də qiymət artımı bu qədərdir. Bu, əsasən İT və dizayn proqramlarına təsir göztərib. Bütün digər sahələr və ixtisaslar üzrə qiymətlər təlim proqramlarına tələbatdan asılı olaraq 5-10 faiz arasında artıb.