Rusiya və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

23:04 13.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub.

Hafta.az Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu amerikalı həmkarı Lloyd Ostin ilə aktual beynəlxalq məsələləri, o cümlədən Ukrayna ətrafında vəziyyəti müzakirə edib. Bu, nazirlərin fevralın 18-dən sonra ilk ünsiyyətidir.

Pentaqonun yaydığı məlumata görə, ABŞ rəsmisi Ukraynada atəşin dərhal dayandırılmasına çağırıb və Rusiya ilə əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Oxunma sayı 42