Yazını böyüt
Yazını kiçilt
Rusiya Federasiyasının Baş Prokurorluğu Vudro Vilson Amerika Araşdırmalar Mərkəzinin fəaliyyətini Rusiyada arzuolunmaz hesab edib. Nəzarət qurumunun hesabatına görə, mərkəzin fəaliyyəti ölkənin “konstitusiya quruluşunun əsaslarını və təhlükəsizliyini” təhdid edir.
Qərar barədə məlumat müvafiq siyahıya daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilib.
Vudro Vilson Mərkəzi 1968-ci ildə ABŞ Konqresi tərəfindən yaradılıb.