Rusiya Zəngəzur dəhlizini nəzarətə götürə bilər

10:38 10.07.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Əgər Paşinyan Azərbaycanla sülh mahiyyətli saziş, müqavilə imzalaya bilərsə, o öz hakimiyətini qorumaq üçüb imkanlarını genişləndirə bilər. Abu-Dabudə Prezident İlham Əliyev və Nikol Paşinyan görüşünün təşkili də məhz Ermənistan və Azərbaycan arasında sülh sazişi olmasa da, müəyyən razılığın əldə olunması və Zəngəzur dəhlizinin tezliklə açılacağı ehtimalını yaradır”.

Bunu Hafta-az-a açıqlamasında siyasi ekspert Vüqar Dadaşov deyib. Ekspert hesab edir ki, Rusiyanın Ermənistanda, xüsusən də Gümrüdə hərbi kontingentini gücləndirməsinin səbəbi Zəngəzur dəhlizi ilə bağlıdlr.

V.Dadaşov vurğulayıb ki, Paşinyanın Türkiyə səfərindən və prezident Ərdoğanla görüşündən sonra Zəngəzur dəhlizinin açılması və dəhlizə nəzarətin ABŞ şirkətlərinə veriləcəyi haqda məlumatlar tirajlanır:

“Rusiya dəfələrlə elan edib ki, Moskva 10 noyabr üçtərəfli Moskva Bəyannaməsinin qüvvədə olduğunu bildirib. Hesab edirəm ki, əgər Zəngəzur dəhlizi açılarsa və dəhlizə nəzarət NATO üzvlərinə keçdiyi təqdirdə, Rusiya həmin 10 noyabr üçtərəfli Moskva Bəyannaməsini əsas gətirərək, Gümridə gücləndirdiyi hərbi kontingent hesabına Zəngəzur dəhlizini nəzarətə götürə bilər”.