Rusiyada dövlət məmurları və ictimai şirkət rəhbərlərin xaricə səfəri yasaqlanıb

09:45 05.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada bəzi dövlət məmurları və ictimai şirkətlərin yüksək vəzifəli şəxsləri üçün xaricə getmək qaydaları sərtləşdirilib.

Hafta.az-ın “Financial Times”a istinadən yazdığına görə, Kremldə dövlət məmurlarının və ictimai şirkət rəhbərlərinin ölkədən çıxışına yeni məhdudiyyətlər təsdiq edilib. Xəbərlərdə hətta bəzi dövlət məmurlarından pasportlarının verilməsinin tələb olunduğu bildirilib.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitriy Peskov təsdiqləyib ki, “həssas” sənayelərdə çalışan insanlar üçün çıxış qaydaları sərtləşdirilib.

“2014-cü ildə prezident administrasiyasının əməkdaşlarına tətil üçün xaricə getməyə qadağa qoyuldu, bir çoxları isə Tailand və digər ölkələrə səfərlərini təxirə salıb, Bundan sonra onlar Soçi və Krımda məzuniyyətə getməyə məcbur oldular”, - deyə “Kommersant”a müsahibə verən siyasi ekspert Konstantin Kalaçyov bildirib.

“Burada yeni heç nə yoxdur, yalnız birdəfəlik qərarlar sistemləşib və rəsmiləşib. Qeyri-dost ölkələrə səyahət riskləri səbəbindən dövlət məmurlarının xaricə getməsi üçün ümumiyyətlə daha sərt qaydaların tətbiqi qaçılmaz idi”, - o, deyib.

“Kommersant” yazıb ki, mərkəzi hökumət regional dövlət məmurlarına “xaricdə tətil etməməyi” tövsiyə edib.

Siyasət rubrikasından digər xəbərlər