Yazını böyüt
Yazını kiçilt
Rusiyanın keyfiyyətə nəzarət üzrə dövlət qurumu olan “Roskaçestvo” ölkədə halal məhsul alan istehlakçıların sayının ölkə müsəlmanlarının sayından çox olduğunu açıqlayıb.
Hafta.az-ın yazdığına görə, “Roskaçestvo”nun direktoru Maksim Protasov mətbuata müsahibəsində bildirib ki, istehlakçıların 25 faizdən çoxu halal məhsul alır.
Protasov ölkədə müsəlmanların nisbətinin 15 faiz olduğuna diqqət çəkib.
Bu arada, ötən həftə ölkədə ilk dəfə Rusiyada restorana “halal” sertifikatı verilib. Ufadakı tatar yeməkləri restoranı “Roskaçestvo”dan bu sertifikatı alan ilk müəssisə olub.