Rusiyada aparılan araşdırmalar göstərir ki, iş dünyasının əksəriyyəti qarşıdakı dövrdə inflyasiyada böyük artıma hazırlaşır.
Hafta.az-ın yazdığına görə, Mərkəzi Bankın oktyabrda müxtəlif sektorlardan 14 mindən çox müəssisənin iştirakı ilə keçirdiyi sorğuya əsasən, məhsullarının qiymətini artırmağı planlaşdıran şirkətlərin nisbəti ardıcıl dörd ay artaraq Ukraynaya qarşı başladılan müharibənin ilk günündən bəri ən yüksək səviyyəyə çatıb.
Mərkəzi Bankın qiymətləndirməsinə görə, iş dünyasının orta inflyasiya gözləməsi yüzdə 24,3-ə yüksəlib.
Qiymətləri artırmağı planlaşdıran müəssisələrin sayının qiymətləri sabit saxlamaq və ya aşağı salmaq qərarına gələnlərdən daha çox olduğu müşahidə edilib.
Mərkəzi Bankın sorğusuna əsasən, pərakəndə satış şəbəkələri yaxın üç ayda qiymətləri illik olaraq 13,8 faiz artırmağa hazırlaşır.
İqtisadi İnkişaf Nazirliyinin rəsmən açıqladığı istehlak inflyasiyası 6,7 faiz, nazirliyin inflyasiya hədəfi isə 4 faizdir.