Britaniya kəşfiyyatı hesab edir ki, Rusiyanın ən yeni "T-14" -"Armata" tankından döyüş meydanında istifadə etməyə başlaması əslində özünə sərfəli deyil və bu baş verərsə, bu, ilk növbədə təbliğat məqsədləri üçün olacaq.
Hafta.az xəbər verir ki, “Yevropeyskaya pravda”nın məlumatına görə, bu barədə Britaniya Müdafiə Nazirliyinin yanvarın 19-na olan icmalında deyilir.
Sənəddə deyilir ki, Moskvada çox güman ki, Ukraynadakı döyüş meydanında az sayda ən son Rusiya "T-14" tanklarından istifadə etmək barədə düşünürlər. Dekabrda həmin tanklar Rusiyanın cənubundakı cəbhəyə göndərilməzdən əvvəl qüvvələrin yerləşdirildiyi təlim poliqonlarında görünüblər. Daha sonra Kremlin təbliğat resursları onlardan Ukraynaya qarşı müharibədə istifadə etməyə hazırlaşdıqlarını söyləməyə başladılar. Lakin bu tankların həqiqətən də döyüş əməliyyatlarında iştirak etməyə başlayıb-başlamadığı məlum deyil.
Britaniya kəşfiyyatı yazır: “"T-14" tankından istənilən döyüş istifadəsi, çox güman ki, Rusiya üçün çox riskli qərardır”.
Belə ki, analitiklər xatırladırlar ki, “Armata” 11 il ərzində hazırlanıb, istifadəyə verilməsi müddətləri dəfələrlə pozulub. Və planlaşdırılmış həcmlər sonda azaldılıb, istehsalla bağlı problemlər barədə məlumatlar alınıb.
“Rusiya üçün əlavə problem "T-14"-ün loqistika- təchizat zəncirini tənzimləməkdir. Çünki o, digər Rusiya tanklarından daha böyük və ağırdır. Əgər Rusiya "T-14"-dən döyüş meydanında istifadə edərsə, bu, ilk növbədə təbliğat məqsədi ilə olacaq. Bu tanklardan cəmi 20-30 ədəd hazırlanıb və komandirlər çətin ki, bu maşına döyüşdə ona arxalanmaq üçün etibarlı hesab etsinlər”, - deyə icmalda vurğulanır.