Rusiyanın əfsanəvi şokoladı "Alenka" rəsmən halal oldu

09:26 17.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın ən qədim və dünyaşöhrətli şokolad fabriki “Krasnıy Oktyabr” çox sevilən “Alenka” şokoladının “Halal” sertifikatlı istehsalına başlayıb.

Hafta.az-ın “Roskaçestvo”ya istinadən yazdığına görə, ilk halal sertifikatı Rusiyanın ən böyük qənnadı holdinqi olan “United Confectioners”in məhsullarına verilib.

Halal Sertifikatı “Alenka”, “Qrilyajnye”, “Duzlu Kozinaçki”, “Quş südü”, “Babaevski”, “Elit” və digər məhsulların kütləvi istehsalına verilib.

Şirkətin “Halal” audit yoxlamalarında şəriət sahəsində aparıcı mütəxəssislər iştirak ediblər.

“Sertifikat bizə halal məhsulların istehsal həcmini artırmağa və istehlakçı inamını gücləndirməyə imkan verəcək”, - deyə “United Confectioners” şirkətinin baş meneceri Aleksey Orlov bildirib.

Rusiyada dövlət tərəfindən verilən “Halal” sertifikatı məhsulun keyfiyyətini, eləcə də bütün halal tələb və standartlara uyğunluğunu yoxlayır. Bu cür desertlərdə jelatin, karmin və bəzi digər qida əlavələrinin istifadəsi xüsusi olaraq qadağan edilib.