Rusiyanın qaz bazarındakı payı 50 faiz azalacaq

11:00 25.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Enerji Agentliyi (IEA) Rusiyanın beynəlxalq təbii qaz bazarındakı payının yarıya qədər azalacağını proqnozlaşdırıb.

Hafta.az-ın yazdığına görə, BEA-nın hesabatında 2030-cu ilə qədər Rusiyanın dünya təbii qaz satışındakı payının 2021-ci ilə nisbətən yarıya qədər azalaraq 15 faizə düşəcəyi təxmin edilirdi.

Rusiyanın təbii qaz satışından əldə etdiyi xalis mənfəətin eyni dövrdə yüzdə 60 azalaraq 400 milyard dolların altına düşəcəyi proqnozlaşdırılırdı. Bu rəqəm 2021-ci ildə 100 milyard dollar səviyyəsində idi.

BEA ekspertləri 2026-cı ildə mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin 130 milyard kubmetr artacağını proqnozlaşdırırlar.

Rusiyanın “Novatek” neft və təbii qaz şirkətinin baş direktoru Leonid Mixelson Rusiyanın bu gün dünya LNG bazarında 9 faizdən az paya sahib olduğunu açıqlayıb.