Yazını böyüt
Yazını kiçilt
ABŞ prezidenti Co Bayden bildirib ki, Rusiyaya ərazi güzəştləri məsələsini Ukraynanın özü həll etməlidir. O, danışıqlarda kompromisin mümkünlüyünü şərh edərək, bu qərarın “ukraynalılardan asılı olduğunu” vurğulayıb və “Ukraynasız Ukrayna haqqında heç nə” prinsipini xatırladıb.
Bundan əlavə, Bayden bir daha bəyan edib ki, ABŞ Rusiya ilə Ukrayna arasında birbaşa münaqişəyə girməyəcək. Onun sözlərinə görə, ABŞ ukraynalıları lazımi vasitələrlə təmin etmək niyyətindədir ki, “onların özlərini müdafiə etmək imkanı olsun”.