Yazını böyüt
Yazını kiçilt
Rusiyadakı tur operatorları müştərilərinin bu il hər ölkədə nə qədər xərclədiyini açıqlayıblar. Bu il xaricdə ən bahalı tətil yarım milyon rublla (5500 dollar) Maldiv adaları olub.
Hafta.az Sletat.ru tur portalına istinadən yazdığına görə, ikinci ən bahalı tətil 230 min rublla Kubadadır. Onu 208 min rublla Şri-Lanka və 205,6 min rublla Tailand izləyir.
Digər populyar istiqamətlərdə qiymətlər belədir: Birləşmiş Ərəb Əmirlikləri 195,3 min rubl, Türkiyə 170,7 min rubl, Misir 157,5 min rubl, Tunis 153,2 min rubl.
Xaricdə ən sərfəli tətil 86,4 min rublla Abxaziyadadır.
Portal həmçinin Rusiya daxilində turların orta qiymətini 67300 rubl (742 dollar) elan edib.