Ruslar üçün Avropaya yeganə yol Türkiyədən keçir

10:00 04.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya dövlət nömrə nişanlı avtomobillərin öz ərazilərinə daxil olmasını qadağan edən Avropa ölkələrinin sayı artır. Nəhayət, Norveç bu gündən etibarən sərhədlərini rus avtomobilləri üçün bağlayıb. Rusiyanın xarici işlər naziri Lavro bu qadağalara görə Avropa İttifaqı ölkələrini “nasizm”də ittiham edib.

Hafta.az-ın yazdığına görə, sentyabrın 8-də Avropa Komissiyası Rusiya dövlət nömrə nişanlı avtomobillərin Aİ ölkələrinə girişini faktiki olaraq qadağan edən sanksiyalarla bağlı qərarını dərc edib. Finlandiya, Almaniya, Estoniya, Litva, Latviya və Polşanın tətbiq etdiyi sanksiyalara dünən Bolqarıstan, bu gün isə Norveç qoşulub.

"İndi Şengen vizası olan Rusiya vətəndaşları şəxsi avtomobilləri ilə Avropaya necə gedə bilər" sualı sosial şəbəkələrdə gərgin müzakirələrə səbəb olub. Sankt-Peterburqda fəaliyyət göstərən "Fontanka" xəbər saytı bu suala "Türkiyə vasitəsilə" kimi cavab verib. Qeyd olunub ki, hazırda rusların “Aİ-yə girməsinin” yeganə yolu ümumi uzunluğu təxminən 2 min kilometr olan marşrutdur: “Rusiyadan sürücülər Gürcüstan sərhədindəki Yuxarı Lars keçid məntəqəsindən keçməli, daha sonra Gürcüstan ərazisindən 490 kilometr qət edərək Türkiyə sərhədindəki Sarp qapısına keçməli, daha sonra təxminən 1500 kilometr Türkiyəni keçərək Yunanıstan sərhədinə çatmalıdırlar. İpsala sərhəd qapısından Yunanıstana girməklə Aİ ərazisinə ayaq basmaq mümkündür”.

Rusların Yunanıstandan Rusiya nömrə nişanlı avtomobillərə qadağa qoymayan digər Aİ ölkələrinə getməsi “nəzəri cəhətdən” mümkündür. Bununla belə, Yunanıstan səlahiyyətlilərinin bəzi hallarda Rusiya nömrəli nəqliyyat vasitələrinə girişə icazə verməməsi, yəni bu marşrutun “100 faiz zəmanət” olmadığı mediada əks olunan xəbərlər arasındadır.

Oxunma sayı 225