Sabah Bakıda və Abşeronun bir hissəsində elektrik enerjisi kəsiləcək

18:41 06.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabah saat 10:00-dan 15:30-dək Abşeron rayonunun AAAF Yaşayış massivinə və Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq. 

Bu barədə hafta.az-a “Azərişıq” ASC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fasilə 110 kv-luq "I Binəqədi hava elektrik verilişi xətti"ndə aparılan yenidənqurma işləri ilə əlaqədardır.

Bundan əlavə, sabah saat 10:00-dan 16:00-a qədər Pirşağı-Sumqayıt dəmir yolunun 35-ci km-də Fatmayı yeraltı avtomobili yol keçidinin tikintisi ilə əlaqədar 110/35/6 kV-luq "136 saylı yarımstansiya"dan çıxan, Bağlar ETSİ-nin balansında olan 6 kV-luq hava xətti də şəbəkədən açılacaq və Fatmayı bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

"Azərişıq" yaranacaq narahatlığa görə istehlakçılarından üzr istəyib.