Sabah bu rayonlarda qaz kəsiləcək

23:52 17.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azəriqaz” İB Ağsu və Kürdəmir rayonlarının sakinlərinə müraciət edib.

İB-dən hafta.az-a bildirilib ki, "Ağsu” ölçü qovşağından qidalanan qaz kəməri üzərində yeni kollektorun quraşdırılması ilə bağlı avqustun 18-də saat 09:00-dan qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Ağsu və Kürdəmir rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.