Sabah güclü külək əsəcək - Xəbərdarlıq

14:59 28.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 29-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin qısa müddətə 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında dekabrın 29-da qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, əsasən şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.