Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçiriləcək

14:37 10.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında danışıqlar aparılacaq.

Hafta.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüş Rusiya Prezidentinin təşəbbüsü ilə keçirilir. Görüşdə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası və regionda problemlərin həlli istiqamətində gələcəkdə atılacaq addımlar müzakirə olunacaq.