Sabah Türkiyə Prezidenti Azərbaycana GƏLİR

18:39 07.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana gəlir.

Hafta.az xəbər verir ki, bu haqda Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanəddin Duran sosial mediada paylaşım edib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Bakıda Zəfər Günü münasibəti ilə təşkil olunacaq paradda iştirak edəcək.

"Prezidentimiz səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə birgə tədbirdə iştirak edəcəklər. Səfər zamanı Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə ikitərəfli, regional və qlobal hadisələrlə bağlı danışıqlar aparacağı da nəzərdə tutulub", - deyə B.Duran bildirib.