Sabahdan bu avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək

15:06 29.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabahdan 92 nömrəli marşrut xətti (Binəqədi qəsəbəsini - "Memar Əcəmi" m/st ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə hafta.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.