Sabahdan temperatur yüksələcək - Proqnoz

11:24 25.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin dekabrın 25-də gündüz saatlarından tədricən sabitləşəcəyi, 26-27-də əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a  bildirilib ki, arabir güclənən mülayim cənub küləkləri üstünlük təşkil edəcək.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.