Sabirabadda ev yanıb

23:55 15.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabad rayonunun Qaralı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin (tikintisi başa çatmayıb, 1 otağında yaşayış olub) dam örtüyünün yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.