Sabirabadda ev yanıb

18:38 08.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabadda yanğın hadisısi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Sabirabad rayonunun Hacıbəbir kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.