Sabirabadda qəza - piyada öldü

12:29 05.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yanvarın 4-də axşam saatlarında Sabirabad şəhərində “VAZ 21015” markalı avtomobil yolu keçmək istəyən 1983-cü il təvəllüdlü Vəliyev Müşviq Tarverdi oğlunu vurub. Rayonun Kürkənd kəndinin sakini olan Müşviq Vəliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.