Şabranda iki maşın toqquşub, beş nəfər xəsarət alıb

23:15 29.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 29-u axşam saatlarında Şabran rayonu ərazisində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Şabran-Zeyvə yolunun Dağbilici kəndindən keçən hissəsində qeydə alınan hadisə zamanı “VAZ” markalı iki minik avtomobili toqquşub.

Xəsarət alan Şabran rayon sakinləri 1989-cu il təvəllüdlü Cəfərov Əliabbas Qulu oğlu, 1975-ci il təvəllüdlü Nəğdəliyev Şaiq Əlibala oğlu, 1975-ci il təvəllüdlü Nəğdəliyeva Sevda Əlibala qızı, 1970-ci il təvəllüdlü Nəğdəliyeva Xumar Əliabbas qızı və 1999-cu il təvəllüdlü Nəğdəliyev Osman Şaiq oğlu Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.