Sabunçuda maşın piyadanı vurdu

18:20 30.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Sabunçu rayonu, Yavər Əliyev küçəsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən hafta.az-a bildirilib ki, xəsarətlə nəticələnən qəza səbəbindən Bakıxanov qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Polis əməkdaşları tərəfindən yolda zəruri tədbirlər görülür.