Sabunçuda transformator yanıb

23:56 28.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabunçuda transfarmator yanıb.

Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, Bakı şəhərinin Sabunçu rayonunda gücü 10 kVt olan transformatorun yağı və sarğıları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.