Sahib Alıyev: “Moskvanın baş verənlərə görə üzr istəyəcəyini gözləyirik”

11:44 27.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Böyük ehtimalla təyyarə qəsdən vurulmayıb. Amma vurlan təyyarənin yaxınlıqdakı Mahaçqala, yaxud  Mineralnıye Vodı hava limanına  enməsinə izn verilməməsi,  Aktauya göndərilməsi  qəsddir və belə görünür ki, məqsəd onu dənizdə batırmaqla izi itirmək olub”.

Bunu hafta.az-a deputat Sahib Alıyev bildirib.

S.Alıyev qeyd edib ki, təyyarəmizin vurulduğu aydın idi. Artıq dəqiqləşib ki, bu, Rusiya mediasının təqdim etməyə çalışdığı kimi Ukrayna dronlarının yox, həmən dronlarla  sərnişin təyyarəsini səhv salanların işidir. Təyyarə Qroznı hava limanına enişə hazırlaşarkən "Pantsir-S"-lə vurulub.

“Biz böyük dövlətlərin bu cür xudbincəsinə davranışlarını, kiçikliklərini birinci dəfə görmürük.  Onu da yaxşı xatırlayırıq ki, 2020-ci ilin 9 noyabrında Rusiya hərbi helikopteri səhv salınıb vurulanda, Azərbaycan qarşı tərəfdən buna görə üzr istəmiş və gərəkən digər addımları atmışdı. Baxmayaraq ki, burada müəmmalı çox şeylər vardı. Moskvanın baş verənlərə  görə üzr istəyəcəyini, təyyarəmizi Ukrayna dronuyla səhv salıb vuranların cəzalandırılacağını, belə hallarda beynəlxalq normaların tələb etdiyi digər addımların atılacağını gözləyirik. Həm də bu, nə qədər tez baş versə, fikrimcə, ikitərəfli əlaqələrə mənfi təsirin azaldılması baxımından bir o qədər yaxşı olar”.