Salyanda 15 yaşlı qızı “tok“ vurdu

14:58 11.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Salyanda 15 yaşlı qızı elektrik cərəyanı vuraraq öldürüb.

 

Hafta.az-ın məlumatına görə, hadisə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb. Kənd sakini, 2006-cı il təvəllüdlü Əkbərova Fidan Qulam qızı həyətdə su sulayarkən onu elektrik cərəyanı vuraraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.