Salyanda ev yandı

18:57 27.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Salyan rayonunun Kürkənd kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 24 m² sahədə yanıb, digər otağın tavanı 24 m² sahədə qarsalanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.