Yazını böyüt
Yazını kiçilt
Samux rayonunda mənzildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 25-də rayon ərazisindəki evlərin birindən kombi, televizor və tuner oğurlamaqda şübhəli bilinən Kolayır kənd sakini, əvvəllər məhkum olunmuş R.Məhərrəmov saxlanılıb.
Faktlarla bağlı təhqiqat davam etdirilir.