Samuxda qəza - 3 nəfər xəsarət alıb

10:08 26.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin məlumatına əsasən, onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.apa