Sarıca kəndində 5 otaqlı ev yanıb

20:35 19.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəkidə yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Şəki şəhərinin Sarıca kəndində ümumi sahəsi 192 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 142 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.