Yazını böyüt
Yazını kiçilt
Cari ilin üçüncü rübündə “Saudi Aramco”nun xalis mənfəəti 23 faiz azalaraq 32,6 milyard dollar olub.
Buna neft qiymətlərinin aşağı olması və satış həcminin azaldılması səbəb olub.
Analitiklərin hesablamasına görə, şirkətin üçüncü rübdə xalis mənfəət 31,8 milyard dollar proqnozlaşdırılırdı. Beləliklə, nəticə proqnozları cüzi miqdarda üstələyib.
Qeyd edək ki, şirkətin ötən ilin eyni dövründə xalis mənfəəti 42,4 milyard dollar olub.