Səbail rayonunda quldurluqla məşğul olan şəxs saxlanılıb

15:59 17.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Səbail rayonunda quldurluqla məşğul olan şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarış idarəsinin və Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 15-də F.Məmmədovu bıçaqla hədələyərək quldurluq yolu ilə 195 manat pulunu almaqda şübhəli bilinən paytaxt sakini A.Muradov saxlanılıb.

Hadisə ilə bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.