“Səbail” yeni baş məşqçi ilə müqavilə imzalayıb

16:05 12.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Səbail” yeni baş məşqçisi Cavid Hüseynovla müqavilənin detallarını açıqlayıb.

Klubdan hafta.az-a verilən məlumata görə, 36 yaşlı mütəxəssislə imzalanmış sözləşmənin müddəti 2025/2026-cı illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

Komanda yeni çalışdırıcının rəhbərliyi altında ilk məşqinə noyabrın 13-də çıxacaq.

Qeyd edək ki, Cavid Hüseynov son olaraq “Turan Tovuz” klubunda baş məşqçinin köməkçisi vəzifəsində çalışıb. O, “Səbail”də Şahin Diniyevi əvəzləyib.